Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkədə və ölkənin hüdudlarınan kənarda, Azərbaycan sahibkarlarını birləşdirən,
regionlarda istehsal olunan məhsul və xidmətlərini beynəlxalq bazarlara çıxaran,
regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır.
Assosiasiyanın əsas məqsədləri:
- • Sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxarmasına və rəqabət qabiliyyətini artırmasına dəstək olmaq;
- • Dövlət qurumları və yerli hökumət nümayəndələri ilə əlaqələri gücləndirmək;
- • Qadın sahibkarları, kiçik və orta biznesi inkişaf etdirmək və maarifləndirmək;
- • Sahibkarlar üçün maliyyə əlçatanlığını artırmaq, treninqlər və təlimlər təşkil etmək;
- • Müəssisələrin avtomatlaşdırılması və innovativ texnologiyaların tətbiqinə dəstək vermək;
- • Xarici investorların regionlara səfərlərini təşkil etmək;
- • Startapların və gənc sahibkarların inkişafına kömək etmək;
- • Kadr hazırlığını və ixtisasartırmanı təşviq etmək;
- • Sahibkarların mövqeyini hökumət və Milli Məclis nümayəndələrinə çatdırmaq.
Assosiasiya regional iqtisadi inkişafı təşviq edərək ölkənin sosial-iqtisadi həyatına töhfə verməyə çalışır.
Gələcək planlar:
“Caspian Energy Club International” tərəfindən idarə olunan Azərbaycan Milli Biznes Assosiasiyanın yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açması planlaşdırılır.